Siyəzəndə mikroavtobus aşıb, xəsarət alanlar var
Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində 10 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, hadisə Bakı-Quba yolunun rayonun Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 10 sərnişin Siyəzən Rayon Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıb.
Hazırda yaralıların kimliyi və hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net