Menyu

Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub

Operativ Media
Azərbaycan ilə Oman arasında opera sənəti sahəsində əməkdaşlıq müzakirə olunub

Oman Sultanlığında səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 31-də paytaxt Maskatda fəaliyyət göstərən Kral Opera Teatrının baş direktoru və bədii rəhbəri Umberto Fanni ilə görüşüb.

Bu barədə Operativ Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir Azərbaycanda peşəkar teatr və opera sənəti haqqında məlumat verib, bu sahədə zəngin ənənələrin yarandığını qeyd edib.

Görüşdə Maskat Kral Opera Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, habelə digər teatr və konsert müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu" operasının Oman Kral Opera Teatrında səhnələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər