Menyu

Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib

Operativ Media
Mədəniyyət Nazirliyində attestasiya məsələlərinə dair iclas keçirilib

Fevralın 3-də Mədəniyyət Nazirliyində mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə musiqi və incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyasına həsr olunmuş iclas keçirilib.

Operativ Media-ya bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazir Adil Kərimli bildirib ki, attestasiya müəllimlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi, ixtisaslarına uyğun olaraq tutduqları vəzifələrə uyğunluğunun müəyyənləşdirilməsi məqsədi daşıyır. Qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq və obyektivlik prinsipləri əsasında təşkil edilən attestasiya prosesi cari il ərzində ölkənin bütün regionlarını əhatə etməklə yekunlaşacaq.

İclasda attestasiya komissiyalarının üzvləri və mədəniyyət xadimləri çıxış edərək prosesin əhəmiyyətini vurğulayıb və attestasiyanın uğurla başa çatacağına əminliklərini bildiriblər.

Fotogalereya

Əlaqəli Xəbərlər