Menyu

"Qəbələ"nin müdafiəçisi: “Ardıcıl iki qələbə düzgün yolda olduğumuzu göstərir”

Operativ Media
"Qəbələ"nin müdafiəçisi: “Ardıcıl iki qələbə düzgün yolda olduğumuzu göstərir”

“Qəbələ”nin müdafiəçisi Eduardo Kunde ölkəsinin mətbuatına müsahibə verib.

Operativ Media xəbər verir ki, braziliyalı futbolçu qış fasiləsindən sonra çempionata uğurlu startın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ardıcıl iki qələbə komanda üçün həm psixoloji, həm də turnir baxımından böyük əhəmiyyət daşıyır:

“Qış fasiləsindən sonrakı dönəmə uğurlu başlamaq çox önəmli idi. Biz isə çempionatın ardıcıl iki oyununda qələbə qazandıq. Bunlar çox vacib məqamdır. Komanda olaraq hər iki görüşə tam köklənmişdik və böyük fədakarlıqla əla oyun göstərdik”.

Kunde qeyd edib ki, əldə olunan nəticələr komandanın inkişafı üçün motivasiya rolunu oynamalıdır:

“İndi bu nəticələrdən motivasiya kimi istifadə edib inkişafı davam etdirməli və çempionatda toparlanmağa çalışmalıyıq”.

Müdafiəçi “Qəbələ”nin potensialına inandıqlarını da xüsusi vurğulayıb:

“Komandanın potensialına çox inanırıq. Bilirik ki, daha da irəliləyə bilərik. Ardıcıl iki qələbə düzgün yolda olduğumuzu göstərir”.

Qeyd edək ki, “Qəbələ” qış fasiləsindən sonra keçirdiyi son iki oyunda qələbə qazanaraq turnir cədvəlində mövqeyini yaxşılaşdırıb.

Əlaqəli Xəbərlər