Menyu

Vüsal Xanlarov: Süni intellektin təhsildə tətbiqi hələ sual altındadır

Operativ Media
Vüsal Xanlarov: Süni intellektin təhsildə tətbiqi hələ sual altındadır

Süni intellektin təhsildə tam olaraq necə reallaşdırılması sual altındadır.

Operativ Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov bu gün “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, süni intellekt sahəsində dünya hələ də aydınlaşdırma mərhələsindədir:

"Təhsildə necə tətbiq olunacağı hələ sual altındadır. Bunun üçün tədris planlarının da dəyişməsi vacibdir. Tədbirlər davam etdirilir. Süni intellektin tətbiqində əsas məqsədlərdən biri müəllimə şagirdə daha çox zaman ayırmağa şərait yaratmaqdır. Bir neçə metodologiyanı rəqəmsallaşdırmaq mümkündür, bu da müəllimə dəstək olacaq. Süni intellektin tənbəl müəllim və şagirdlər yetişdirib-yetirməyəcəyi məsələsinə gəlincə, deməliyəm ki, süni intellekt daha çox məlumatları təhlil edir. Müəllimlər üçün süni intellektin tətbiqinin əsas məqsədi isə onların işini asanlaşdırmaqdır".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər