Menyu

Eldar Qasımov “Eurovision Song Contest 2026” üçün San-Marino seçimində münsif oldu

Operativ Media
Eldar Qasımov “Eurovision Song Contest 2026” üçün San-Marino seçimində münsif oldu

“Eurovision-2011” qalibi ELDAR (Eldar Qasımov) “Eurovision-2026” üçün San-Marino milli seçim mərhələsinin Dreaming San Marino münsiflər heyətinə daxil olub. 

Operativ Media xəbər verir ki, onunla birlikdə müsabiqəni italiyalı prodüser Domenico "Mimmo" Paganelli və Eurovision Song Contest çərçivəsində Kipr nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Andreas Anastasiou qiymətləndirir.

Seçim mərhələsində 240 ifaçı iştirak edir və artıq 200 nəfər peşəkar münsiflərin qərarı ilə müsabiqəni tərk edib. Eldar dörd gün ardıcıl olaraq ustad dərsləri keçirib və iştirakçıların suallarını cavablandırıb.

Qalibin adı 6 mart tarixində açıqlanacaq.

Əlaqəli Xəbərlər