Tehran Hörmüz boğazından keçidə rüsumlar və məhdudiyyətlər tətbiq edir
Şəfa Hüseynli
İranın Milli Təhlükəsizlik və Beynəlxalq Siyasət Komitəsi Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək planını təsdiqləyib.
Operativ Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Yeni qaydalar ABŞ, İsrail və ya əvvəllər İrana qarşı birtərəfli sanksiyalar tətbiq edən ölkələrlə əlaqəli gəmilərin keçidini qadağan edir. Qaydaya əsasən, rüsumlar rialla ödənilməlidir.