Türkiyə MN: İrandan atılan ballistik raket Aralıq dənizində zərərsizləşdirilib
Operativ Media
İrandan atıldığı müəyyən edilən ballistik raket Aralıq dənizinin şərqində zərərsizləşdirilib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İrandan atıldığı müəyyən edilən və Türkiyə hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raket müdafiəsi elementləri tərəfindən zərərsizləşdirilib", - məlumatda bildirilib.
Bildirilib ki, hadisə zamanı təhlükəsizlik tədbirləri gücləndirilib və vəziyyət nəzarət altındadır.