Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb
Operativ Media
Martın 30-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-nin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.