Menyu

“Napoli” Konte sonrası üçün 4 namizəd müəyyənləşdirib

Operativ Media
“Napoli” Konte sonrası üçün 4 namizəd müəyyənləşdirib

Antonio Konte İtaliya millisində çalışmaq üçün klubdan ayrılacağı təqdirdə "Napoli"nin baş məşqçi postuna mümkün namizədlərin adları açıqlanıb.

Operativ Media xəbər verir ki, bu haqda jurnalist Nikola Skira məlumat yayıb.

Aprelin 7-də Konte bildirib ki, İtaliya Futbol Federasiyasının prezidenti olsaydı, öz namizədliyini nəzərdən keçirərdi. Skiranın sözlərinə görə, "Napoli" "Çelsi"nin sabiq məşqçisi Enso Mareska, Vinçentso İtalyano (Bolonya), Daniele De Rossi (Cenoa) və Fabio Qrossonun (Sassuolo) namizədliklərini dəyərləndirəcək.

31 turdan sonra 65 xal toplayan "Napoli" İtaliya A Seriyasında ikinci pillədə qərarlaşıb və lider "İnter"dən 7 xal geri qalır.

Əlaqəli Xəbərlər