Menyu

Azərbaycan velosipedçisi Qazaxıstandan bürünc medalla qayıdır

Operativ Media
Azərbaycan velosipedçisi Qazaxıstandan bürünc medalla qayıdır
1 dəq oxu

Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.

Şose velosipedi üzrə U-23 yığmasının üzvü Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" turnirində iştirak edib.

130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb.

Əlaqəli Xəbərlər