Menyu

Yevlaxda yeni cüdo zalı istifadəyə verilib

Operativ Media
Yevlaxda yeni cüdo zalı istifadəyə verilib

Cənab Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin sentyabrında açılışı həyata keçirilən Yevlax Olimpiya İdman Kompleksində yeni cüdo zalı fəaliyyətə başlayıb.

Operativ Media xəbər verir ki, bu münasibətlə təşkil olunan açılış mərasimində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılan zal müasir standartlara uyğun tatamilərlə təchiz olunub. Ümumi sahəsi 200 kvadratmetr olan idman məkanında 200 nəfərin cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb. İdmançıların istifadəsi üçün paltardəyişmə otaqları və digər köməkçi sahələr də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası son illərdə ölkənin müxtəlif bölgələrində yeni cüdo zallarının istifadəyə verilməsi, eləcə də mövcud idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir.

Əlaqəli Xəbərlər