Menyu

"Marsel"in baş məşqçisinin evi qarət olunub

Operativ Media
"Marsel"in baş məşqçisinin evi qarət olunub

"Marsel"in baş məşqçisi Həbib Beye qarət qurbanı olub.

Operativ Media "La Depeche" qəzetinə istinadən xəbər verir ki, hadisə aprelin 8-nə keçən gecə baş verib.

Cinayətkarlar 48 yaşlı mütəxəssisin Füvo qəsəbəsində yaşadığı villanın hasarından aşaraq pəncərəni sındırıb və binaya daxil olublar. İlkin məlumatlara görə, qarətçilər içərisində "Louis Vuitton" markalı geyim və aksesuarlar olan çamadanı oğurlayıblar. Hadisə baş verən zaman baş məşqçinin evdə olmadığı bildirilir.

Qeyd edək ki, Həbib Beye 2026-cı ilin fevralında "Marsel"in sükanı arxasına keçib. O, daha əvvəl "Renn" klubunu çalışdırıb.

Əlaqəli Xəbərlər