I Liqa: "Şəfa" "Səbail"ə, "Difai" "Şahdağ Qusar"a, "Şimal" "Mingəçevir"ə qarşı
Operativ Media
Bu gün Azərbaycan I Liqasında 21-ci tura yekun vurulacaq.
Operativ Media xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutacaq.
Əvvəlcə "Şəfa" "Səbail"i qonaq edəcək. Matç saat 15:00-da start götürəcək.
Digər iki matç isə saat 15:30-da oynanılacaq. "Difai" "Şahdağ Qusar"la, "Şimal" "Mingəçevir"lə üz-üzə gələcək.
Qeyd edək ki, "Şəfa" 45 xalla turnir cədvəlinin 1-ci, "Baku Sportinq" 40 xalla 2-ci, "Səbail" isə 37 xalla 3-cü pillədə qərarlaşıb. 4-cü pillədə isə bölgə təmsilçisi "Mingəçevir" yer alıb.