Menyu

AFFA "Turan Tovuz" klubunu 20 min manat cərimələdi

Operativ Media
AFFA "Turan Tovuz" klubunu 20 min manat cərimələdi

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 20 000 manat cərimələyib.

Operativ Media xəbər verir ki, bu barədə qərar qurumun sonuncu iclasında qəbul edilib.

Qərb təmsilçisinin cərimələnməsinə Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu "Turan Tovuz" – "Zirə" görüşündə tovuzlu azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriməsi səbəb olub. Komanda buna görə 5000 manat cərimə edilib.

Bundan başqa, görüş bitdikdən sonra "Turan Tovuz" klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə onun komandası 15000 manat cərimələnib.

3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu "Turan Tovuz" – "Zirə" oyununda "Zirə" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Zirə" komandası 700 manat cərimə edilsin (maddə 43.1).

Əlaqəli Xəbərlər