Bakıda karate üzrə beynəlxalq turnir keçiriləcək
Operativ Media
Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə aprelin 10-dan 12-dək Bakıda beynəlxalq "Grand Prix" turniri keçiriləcək.
Operativ Media xəbər verir ki, yarış Sərhədçi İdman Mərkəzində baş tutacaq.
Turnirdə 9 ölkədən ümumilikdə 700-ə yaxın idmançı iştirak edəcək.
"Grand Prix" turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, yarışın açılış mərasimi aprelin 10-da, saat 17:00-da keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net