Menyu

Harri Maquayr "Mançester Yunayted"lə yeni müqavilə imzalayıb

Operativ Media
Harri Maquayr "Mançester Yunayted"lə yeni müqavilə imzalayıb

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr klubla yeni müqavilə imzalayaraq ciddi maliyyə güzəştlərinə gedib.

Operativ Media "The Sun" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu həftəlik 190 min funt-sterlinq təşkil edən hazırkı maaşının azaldılmasına razılıq verib.

Bundan əlavə, Maquayr digər klublardan, o cümlədən MLS-də çıxış edən "İnter Mayami"dən gələn daha sərfəli təklifləri rədd edib. Futbolçunun "Mançester Yunayted"lə imzaladığı yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub və müddətin daha bir mövsüm uzadılması bəndini ehtiva edir.

Qeyd edək ki, Maquayr 2019-cu ildən bəri bu klubda çıxış edir. O, komandanın heyətində 266 oyun keçirib, İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Əlaqəli Xəbərlər