Avropa Liqası: "Frayburq" evdə, "Aston Villa" səfərdə qələbə qazandı
Operativ Media
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunları keçirilib.
Operativ Media xəbər verir ki, günün mərkəzi qarşılaşması İtaliyada baş tutub.
“Bolonya” evdə “Aston Villa” ilə bacara bilməyib – 1:3.
“Frayburq” öz meydanında “Selta” üzərində 3 cavabsız qolla qələbə qazanıb.
Mərhələnin Portuqaliyada keçirilən daha bir matçında “Porto” “Nottingem Forest”in müqavimətini qıra bilməyib, həmin görüş də 1:1 hesablı bərabərliklə yekunlaşıb.