Menyu

"Barselona" - "Atletiko" matçının hakimi mövsümün qalan hissəsi üçün ÇL-dən kənarlaşdırılıb

Operativ Media
"Barselona" - "Atletiko" matçının hakimi mövsümün qalan hissəsi üçün ÇL-dən kənarlaşdırılıb

UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində baş tutan "Barselona" – "Atletiko" (0:2) oyununun baş hakimi İşvan Kovaçı turnirin sonunadək oyunlardan kənarlaşdırıb.

Operativ Media xəbər verir ki, bu haqda sport.es saytı məlumat yayıb.

Qurum rumıniyalı referinin idarəçiliyində bir neçə ciddi səhvə yol verdiyini qeyd edib. Bununla belə, Kovaç 2026-cı il dünya çempionatında çalışacaq hakimlərin siyahısına daxil edilib.

Xatırladaq ki, "Barselona" klubu hakimin idarəçiliyi ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlayıb.

Əlaqəli Xəbərlər