Gəncə şəhər stadionunun son vəziyyəti - VİDEO
Operativ Media
Gəncə şəhər stadionunun meydançasının ot örtüyü ilə bağlı işlər start götürüb.
Operativ Media xəbər verir ki, meydança hibrid ot örtüyü ilə təmin olunacaq. Örtüyün əsas hissəsi təbii otdan ibarət olacaq.
Bununla yanaşı, xüsusi texnologiya vasitəsilə otun içərisinə süni liflər (plastik saplar) yerləşdiriləcək. Bu liflər torpaqla birləşərək otun kök sistemini möhkəmləndirəcək və onun davamlılığını artıracaq.
Hibrid meydançaların alt qatı qum əsaslı olduğu üçün yağış suyunu təbii torpağa nisbətən daha tez çəkir, meydançada gölməçələr yaranmır. Səth daha hamar və stabil olduğu üçün futbolçuların sürüşüb əzələ zədəsi alması riski minimuma enir.