"Sabah"ın U-18 basketbol komandası "Borats"la qarşılaşacaq
Operativ Media
"Sabah” basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Operativ Media xəbər verir ki, “bayquşlar” bu gün 5-8-ci yerlər uğrunda matçda Serbiyanın “Borats” kollektivi ilə qarşılaşacaq. Görüşə saat 19:30-da start veriləcək.
“Sabah”ın U-18 komandası bundan öncə Almaniyanın “Porşe BBA Lyudviqsburq” kollektivini məğlub edib – 72:61. “Bayquşlar” ilk oyunda Bosniya və Herseqovina təmsilçisi “İqokea”ya 58:88 uduzub.