Menyu

Azərbaycanın iki karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıblar

Operativ Media
Azərbaycanın iki karateçisi beynəlxalq turnirdə qızıl medal qazanıblar

"Birlik" Karate Klubunun iki idmançısı Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq "Grand Prix" turnirində birinci yeri tutublar.

Operativ Media xəbər verir ki, Ercan Aslan parakarate (K21 kateqoriyası), Gülay Orucova (61 kq) isə 21 yaşadək idmançılar arasında mübarizədə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

İdmançılar bu uğura şəxsi məşqçiləri Sənan Cəfərovun rəhbərliyi altında nail olublar.

Sərhədçi İdman Mərkəzində təşkil olunan turnirə 9 ölkədən ümumilikdə 700-ə yaxın karateçi qatılıb.

"Grand Prix" turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər