"Qarabağ"ın əsas legioneri yayda gedir
Operativ Media
“Qarabağ”ın futbolçusu Abdullah Zubirin bu yay komandasını dəyişəcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, bu haqda Fransanın məşhur "L'equipe" nəşri məlumat yayıb.
Qeyd edilib ki, 34 yaşlı vinger artıq Qətərin “Al-Şahaniya” klubu ilə müqavilə şərtlərini razılaşdırıb.
Hazırda əsas məsələ futbolçunun transferinin detallarıdır. Zubirin “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, təcrübəli oyunçu Ağdam klubunun tarixinin ən önəmli fiqurlarından biri sayılır. Mərakeş əsilli fransalı “Qarabağ”ın heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.