Azərbaycan PL: "Qarabağ" səfərdə, "Sabah" və "Neftçi" evdə oynayacaq
Operativ Media
Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Operativ Media xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.
Əvvəlcə, "Qarabağ" səfərdə "Şamaxı"nın qonağı olacaq. Matç saat 15:30-da start götürəcək.
Lider "Sabah" saat 18:00-da "Zirə" ilə üz-üzə gələcək. Günün son qarşılaşması isə "Neftçi" və "Araz-Naxçıvan" komandaları arasında oynanılacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək "Qəbələ" - "İmişli" və "Turan Tovuz" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.