Menyu

Azərbaycanın futzal millisi yoldaşlıq görüşündə Gürcüstana uduzub

Operativ Media
Azərbaycanın futzal millisi yoldaşlıq görüşündə Gürcüstana uduzub
1 dəq oxu

Futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünə çıxıb.

Operativ Media xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ardıcıl ikinci dəfə qarşılaşdığı Gürcüstan yığmasına uduzub - 2:5.

Görüş Tbilisi şəhərindəki İdman Sarayında keçirilib.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da eyni məkanda Gürcüstanla qarşılaşıb. Həmin matç da ev sahiblərinin qələbəsi (4:2) ilə bitib.

Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.

Əlaqəli Xəbərlər