ABL: "Abşeron" "Şəki"yə, "Sabah" "Naxçıvan"a qarşı
Operativ Media
Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin 1/4 final oyunlarına yekun vurulacaq.
Operativ Media xəbər verir ki, 1/4 finalın ikinci günündə daha iki qarşılaşma baş tutacaq. Əvvəlcə “Abşeron” “Şəki”ni qəbul edəcək, ardınca isə “Sabah” “Naxçıvan”la üz-üzə gələcək.
Azərbaycan Basketbol Liqası
Pley-off oyunları
1/4 final mərhələsi
17:00. “Abşeron” – “Şəki”
Bakı İdman Sarayı.
20:00. “Sabah” – “Naxçıvan”
Bakı İdman Sarayı.
Xatırladaq ki, 1/4 finalın ilk iki matçı artıq baş tutub: “Neftçi” – NTD - 94:97, “Ordu” – “Gəncə” - 108:106.
Komandalar arasında cavab oyunları aprelin 16-sı və 17-də keçiriləcək.