Menyu

"Qarabağ" xanım azarkeşlərinə jest etdi

Operativ Media
"Qarabağ" xanım azarkeşlərinə jest etdi

"Qarabağ" FK Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində keçiriləcək "Sabah"la qarşılaşmada xanım azarkeşlər üçün xüsusi aksiya elan edib. Belə ki, ev sahibi komandanı dəstəkləmək istəyən xanım fanatlar stadiona tamamilə ödənişsiz daxil ola biləcəklər.

Klubdan Operativ Media-ya verilən məlumata görə, girişin sərbəst olmasına baxmayaraq, xanım azarkeşlərin stadionun kassalarına yaxınlaşaraq bilet əldə etmələri mütləqdir. Təhlükəsizlik və qeydiyyat qaydalarına əsasən, bileti olmayan şəxslərin tribunaya daxil olmasına icazə verilməyəcək.

Qarşılaşma 18 aprel 2026-cı il tarixində, saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

Əlaqəli Xəbərlər