Menyu

"İnter" ekvadorlu müdafiəçi ilə maraqlanır

Operativ Media
"İnter" ekvadorlu müdafiəçi ilə maraqlanır

"İnter" klubu "Brügge"nin müdafiəçisi Joel Ordonyesi heyətinə qatmaqda maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda "Calciomercato" portalı məlumat yayıb.

Mənbə bildirir ki, 21 yaşlı ekvadorlu futbolçu "İnter"in mərkəz müdafiəçisi mövqeyi üçün üstünlük verdiyi namizədlər sırasındadır, lakin onun transferi üçün 35-40 milyon avro tələb olunur.

Ordonyes 2023-cü ilin iyul ayından etibarən "Brügge"nin şərəfini qoruyur. Onun klubla müqavilə müddəti 30 iyun 2029-cu ilə qədərdir. 2025/26 mövsümündə futbolçu keçirdiyi 38 matçda dörd qol vurub.

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 33 milyon avro məbləğində qiymətləndirir.

Əlaqəli Xəbərlər