Menyu

Flik və "Barselona" oyunçuları "Metropolitano" stadionundakı meydançanın vəziyyətindən narazıdırlar

Operativ Media
Flik və "Barselona" oyunçuları "Metropolitano" stadionundakı meydançanın vəziyyətindən narazıdırlar

"Barselona"nın baş məşqçisi Hansi Flik və komandanın futbolçuları Çempionlar Liqasının 1/4 final mərhələsinin "Atletiko" ilə cavab qarşılaşması öncəsi "Metropolitano" stadionunun ot örtüyünün vəziyyətindən narazılıqlarını bildiriblər.

Operativ Media "As" nəşrinə istinadən xəbər verir ki, oyundan əvvəlki məşq zamanı alman mütəxəssis UEFA nümayəndəsinə yaxınlaşaraq otun lazımi səviyyədə biçilmədiyini və bunun futbolçuların oyununa mütləq təsir edəcəyini diqqətə çatdırıb.

"Barselona" rəhbərliyi baş məşqçinin UEFA təmsilçisinə iradlarını bildirdiyini təsdiqləsə də, hər hansı rəsmi şikayət və ya etirazın edilmədiyini qeyd edib. Flikin reaksiyası qeyri-rəsmi xarakter daşıyıb.

Məlum olduğu kimi, uzun ot örtüyü topun hərəkətini yavaşladaraq sürətli və dəqiq ötürmələrin edilməsinə mane olur. Belə bir meydançada kataloniyalı futbolçuların öz alışdıqları üslubda hücumlar təşkil etməsi çətinləşəcək. "Atletiko" isə öz növbəsində oyunun sürətinin azalması hesabına taktiki üstünlük qazana bilər. Madrid təmsilçisi isə qazonun vəziyyətinin dəyişmədiyini və təxminən bir aydır eyni vəziyyətdə olduğunu bəyan edir.

Qeyd edək ki, "Atletiko" – "Barselona" matçı bu gün Madriddə baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasındakı ilk görüş Dieqo Simeonenin yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Əlaqəli Xəbərlər