Menyu

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq

Operativ Media
Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Operativ Media xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

"Arsenal" doğma meydanda "Sportinq"i, "Bavariya" isə "Real Madrid"i qonaq edəcək.

Mikel Artetanın yetirmələri ilk oyunda 1-0 hesablı qələbəyə sevinib. "Kral" klubu isə birinci görüşdə doğma meydanda Münhen təmsilçisinə 1-2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, hər iki matç saat 23:00-da start götürəcək.

Əlaqəli Xəbərlər