Menyu

Qana millisinin yeni baş məşqçisi açıqlandı

Operativ Media
Qana millisinin yeni baş məşqçisi açıqlandı

Qana Futbol Assosiasiyası DÇ-2026 ərəfəsində portuqaliyalı mütəxəssis Karluş Keyruşun milli komandanın baş məşqçisi təyin edildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, 73 yaşlı mütəxəssisin son iş yeri cari ilin mart ayında ayrıldığı Oman milli komandası olub. Keyruş buna qədər Qətər, İran, Misir, Kolumbiya, Portuqaliya, CAR, Səudiyyə Ərəbistanı və BƏƏ yığmalarını çalışdırıb. O, həmçinin Madridin "Real", Lissabonun "Sportinq" klublarına rəhbərlik edib və "Mançester Yunayted"də Aleks Ferqyusonun məşqçilər heyətində yer alıb.

Keyruş Qana millisində Otto Addonu əvəzləyib. Addo yoldaşlıq oyunlarında Avstriya və Almaniyaya məğlub olduqdan sonra postundan uzaqlaşdırılıb.

Qeyd edək ki, DÇ-2026-nın final mərhələsində Qana seçməsi L qrupunda İngiltərə, Xorvatiya və Panama komandaları ilə qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər