Menyu

Ançelotti Braziliya prezidenti ilə Neymarın milliyə çağırılması məsələsini müzakirə edib

Operativ Media
Ançelotti Braziliya prezidenti ilə Neymarın milliyə çağırılması məsələsini müzakirə edib
1 dəq oxu

Braziliya Prezidenti Lula da Silva hesab edir ki, "Santos"un hücumçusu Neymar fiziki cəhətdən hazır olacağı təqdirdə 2026-cı il dünya çempionatında iştirak etməlidir.

Operativ Media "RMC Sport"a istinadən xəbər verir ki, Silva bu barədə Ançelotti ilə söhbəti zamanı deyib.

"Ançelotti ilə söhbət etdik və o məndən soruşdu: 'Sizcə, Neymarı milli komandaya çağırmaq lazımdır?' Mən isə cavab verdim: 'Əgər o, fiziki cəhətdən hazırdırsa, deməli, kifayət qədər yaxşı formadadır".

Xatırladaq ki, Karlo Ançelotti mayın 18-də 11 iyun – 19 iyul tarixləri arasında Meksika, Kanada və ABŞ-da keçiriləcək DÇ-2026-ya hazırlıq üçün 26 nəfərlik heyəti açıqlamalıdır.

Neymar 79 qolla Braziliya milli komandasının tarixinin ən yaxşı bombardiridir.

Əlaqəli Xəbərlər