Sabunçuda sərnişin avtobusu qəzaya düşüb
Aprelin 27-də, saat 15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən 107 saylı avtobusun qəzaya uğraması səbəbilə çağırış qeydə alınıb.
TƏBİB-dən Operativ Media-ya bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası dərhal hadisə yerinə cəlb edilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 42 yaşlı şəxs (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə almaq məqsədilə evə buraxılıb", - məlumatda bildirilib.
Qeyd edək ki, qəza aprelin 27-də saat 15:30 radələrində qeydə alınıb.
Belə ki, 197 nömrəli marşrut xətti üzrə hərəkətdə olan "Daewoo" markalı sərnişin avtobusu "Hyundai" markalı minik maşını ilə toqquşub.