Nazir müavini: Kommunikasiyadan səmərəli istifadə media institutlarının qarşısında duran əsas prioritetdir
Şəfa Hüseynli
"Kommunikasiyadan səmərəli istifadə media institutlarının qarşısında duran əsas prioritetdir".
Operativ Media xəbər verir ki, bu barədə "İctimai proseslər media müstəvisində" mövzusunda forumda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib.
O bildirib ki, rəqəmsallaşma müasir dövrdə informasiya dövriyyəsinin sürətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, media və kommunikasiya sahəsində innovativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən birinə çevrilib.
"Rəqəmsal transformasiya şəraitində etibarlı informasiya mühitinin qorunması, müasir kommunikasiya alətlərindən səmərəli istifadə və ictimai etimadın gücləndirilməsi media institutlarının qarşısında duran əsas prioritetlər sırasındadır", - nazir müavini qeyd edib.