Balakəndə kanalizasiya borularını oğurlayan şəxs saxlanılıb
Operativ Media
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində kanalizasiya borularını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, araşdırmalarla müəyyən olunub ki, 39 yaşlı Famil Layıcov ümumilikdə 514 metr uzunluğunda kanalizasiya borularını oğurlayıb. Onun boruların bir hissəsini satdığı müəyyən edilib.
Keçirilən digər tədbir zamanı isə məişət və tikinti əşyaları oğurlanmaqda şübhəli bilinən 46 yaşlı Eldəniz Xəlilov da saxlanılıb. Onun oğurladığı əşyaların bir hissəsi yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.