20 Oktyabr 2022, 18:57
MN: Azərbaycan Ordusu qarşı tərəfin mövqelərinə atəş açmayıb
Azərbaycan Ordusunun bölmələrinin guya qarşı tərəfin mövqeləri istiqamətində oktyabrın 20-si saat 16:30 radələrində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, tamamilə yalandır.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
"Məlumatı qəti surətdə təkzib edirik", MN-dən bildirilib.