Menyu

Düşənbədə “Rəqs bizi birləşdirir” beynəlxalq rəqs festivalı keçirilib

Şəfa Hüseynli
Düşənbədə “Rəqs bizi birləşdirir” beynəlxalq rəqs festivalı keçirilib

29 aprel – 3 may tarixlərində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində, ölkənin dövlət müstəqilliyinin 35 illiyinə həsr olunmuş “Rəqs bizi birləşdirir” beynəlxalq rəqs festivalı keçirilib.

Operativ Media-ya bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Festival çərçivəsində Tacikistan Respublikasının mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen iştirakçı ölkələrin rəsmi nümayəndələri ilə görüşərək mədəni əməkdaşlığın genişləndirilməsinin və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

MDB ölkələrinin qatıldığı festival xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, milli-mədəni irsin qorunmasına və inkişafına töhfə verib.

Azərbaycanı təmsil edən Dövlət Rəqs Ansamblı zəngin milli rəqs irsimizi “Ağ çiçək” və “Zəngəzur yallısı (Ağbaba)” rəqsləri ilə yüksək peşəkarlıqla təqdim edib.

Festival konsert proqramları ilə davam edib, yekunda iştirakçılara fəxri mükafatlar təqdim olunub.

Əlaqəli Xəbərlər