Ərdoğan: Azərbaycanlı qardaşlarımızın torpaqlarına qayıtmağa başlaması bizi sevindirir

Nərmin Qocamanlı
Ərdoğan: Azərbaycanlı qardaşlarımızın torpaqlarına qayıtmağa başlaması bizi sevindirir

“Azərbaycanlı qardaşlarımızın torpaqlarına qayıtmağa başlaması bizi sevindirir ”.

"Operativ Media" xəbər verir ki, bunu bu gün Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən təkbətək görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Ağalı bir kənd deyil, bir şəhərə çevrilir: “Bir il əvvəl təməlini atdığımız aqropark da kənd təsərrüfatının necə inkişaf etdirildiyini göstərir. Yolda gələrkən dəyərli qardaşım İlham Əliyev bəzi məsələləri mənə danışdı. Bunlardan biri su məsələsidir. Burada qısa müddətdə tikiləcək su anbarı ilə kənd təsərrüfatının inkişafında böyük uğurlara əldə ediləcək. Ot tayalarının aqroparkda yığılması da artıq bu inkişafın bir göstəricisidir. Artıq minaların yerlərini bunlar alır. Bir il sonra Cəbrayıl yolunun da fərqli, müasir formada olacağını görəcəyik. Bir il ərzində bu gün təməlini atdığımız dəmir yolu da sürətlə inşa olunacaq ”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ağıllı kənd və şəhərlər, o cümlədən infrastruktur layihələrində Azərbaycanın yanında olmağa hazırdırlar.

Digər xəbərlər