Menyu

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Operativ Media
Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

27-29 oktyabr tarixlərində Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forum Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə tərəfdaşlığı ilə gerçəkləşəcək.

Bu barədə Operativ Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi olan Forumun əsası 2011-ci ildə qoyulub və bu il Forumun 15 illiyi qeyd olunur.

Bakı Prosesi və onun çərçivəsində keçirilən Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən mədəniyyətlərarası dialoqun və beynəlxalq əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platforma kimi tanınır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər