21 Oktyabr 2022, 10:31
Qarajdan 6000 manatlıq oğurluq edən şəxslər saxlanılıb
Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə G.Şıxlinski küçəsində yerləşən bir qarajdan 6000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
DİN-dən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Kamran Vahabov və Elnur Əsgərov müəyyən olunaraq saxlanılıblar.