21 Oktyabr 2022, 12:39
Sabah yağış yağacaq
Sabah yağış yağacaq şəkil
Sabah yağış yağacaq

Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Operativ Media"ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13°-dək isti, gündüz 14-16° isti, Bakıda gecə 13°-dək isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-7° isti olacaq.

Son xəbərlər
Sumqayıtda ev yanır
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi