21 Oktyabr 2022, 12:46
MN:Türkiyədə keçirilən taktiki təlim başa çatıb
MN:Türkiyədə keçirilən taktiki təlim başa çatıb şəkil
MN:Türkiyədə keçirilən taktiki təlim başa çatıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq üzrə fəaliyyət planına əsasən, qardaş ölkənin Hərbi Dəniz Donanmasında təcrübə keçən hərbi qulluqçularımızla İzmir şəhərinin Foça dəniz bazasında taktiki təlim keçirilib.

"Operativ Media" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Foça hərbi dəniz bazasının komandiri kontr-admiral Mustafa Biçenin rəhbərliyi ilə Egey dəniz sularında keçirilən taktiki təlimin yekununda təlimdə icra olunan tapşırıqlar təhlil edilib.

Təlimin yekununda çıxış edərək iştirakçılara öz tövsiyələrini verən kontr-admiral M.Biçen zabitlərimizə gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda xatirə şəkili çəkdirilib.

Son xəbərlər
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55