Menyu

Adil Kərimli Parisə səfər edib

Şəfa Hüseynli
Adil Kərimli Parisə səfər edib

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun Baş qərargahında keçiriləcək tədbirlərdə iştirak məqsədilə Paris şəhərinə səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani, UNESCO İcraiyyə Şurasının sədri Nasser bin Həməd Al Hinzab, UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti Khondker M. Talha və təşkilatın rəhbər şəxsləri ilə görüşlər nəzərdə tutulur.

Nümayəndə heyəti həmçinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məlumat sessiyasında və UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyasında iştirak edəcək.

Səfər çərçivəsində Azərbaycan–UNESCO əməkdaşlığının perspektivləri, mədəni irsin qorunması və beynəlxalq mədəni-humanitar əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Əlaqəli Xəbərlər