21 Oktyabr 2022, 13:21
Türkiyə Prezidenti: Taxıl sazişinin uzadılmasında heç bir maneə yoxdur
Türkiyə Prezidenti: Taxıl sazişinin uzadılmasında heç bir maneə yoxdur şəkil
Türkiyə Prezidenti: Taxıl sazişinin uzadılmasında heç bir maneə yoxdur

“Taxıl daşınması sazişi” çərçivəsində 363 gəmi, 8 milyon ton taxıl və digər ərzaq məhsulları dünya bazarlarına çıxarılıb.

"Operativ Media" "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Ukrayna limanlarından yola düşən yüklərin 62 faizi Avropaya, 19,5 faizi Asiyaya, 13 faizi Afrikaya, 5,3 faizi isə Yaxın Şərq ölkələrinə çatıb.

Ərdoğanın sözlərinə görə, digər tərəfdən, ən az inkişaf etmiş ölkələrə 454 min 626 ton buğda göndərilib və bu ümumi həcmin cəmi 5,7 faizini təşkil edir.

Türkiyə Prezidenti Taxıl sazişinin uzadılmasında heç bir maneənin olmadığını vurğulayıb.

“Mən bunu dünən axşam Zelenski ilə telefon danışığımda və cənab Putinlə də müzakirədə bir daha anladım. Amma bu arada hər hansı tıxanma varsa, onu aradan qaldırmaq üçün bizim üçün heç bir maneə yoxdur”, - deyə o əlavə edib.

Son xəbərlər
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
Slovakiyanın Baş naziri yaxın günlərdə Ukrayna Prezidenti ilə görüşə bilər
İspaniyada yoldan keçənlərə bıçaqla hücum edən şəxs zərərsizləşdirilib
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq
BMT-nin baş katibi Livana səfər edib
Məşhur rejissor Devid Linç vəfat edib
NATO: 2 Norveç F-35-i Polşa hava məkanını qorumaq üçün havaya qalxıb