Menyu

Tikinti obyektlərinin qaz şəbəkəsinə qoşulması qaydaları dəyişib

Operativ Media
Tikinti obyektlərinin qaz şəbəkəsinə qoşulması qaydaları dəyişib

Nazirlər Kabineti "Qaz təchizatı sisteminə dair Qaydalar"ı təsdiq edib.

Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalarda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən müvafiq sistem operatorunun informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənə qədər həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

Qaydalarda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə və ya məlumatlandırma icraatı çərçivəsində tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Qaydalar "Qaz təchizatı haqqında" 8 iyul 2025-ci tarixli qanuna uyğun olaraq hazırlanıb və qaz təchizatı sektorunda icazə şərtlərini, habelə qaz təchizatı sisteminin planlaşdırılması, inkişafı, tikintisi, quraşdırılması, istismarı, dispetçer idarəetməsi və informasiya texnologiyaları idarəetmə sistemlərinin təşkili, qəzaların qarşısının alınması və aradan qaldırılması, qaz şəbəkələrinə qoşulma və balanslaşdırma ilə bağlı qaz təchizatı subyektləri, həmçinin həmin subyektlərlə istehlakçılar arasındakı qarşılıqlı münasibətlərin texniki aspektlərini tənzimləyir.

Qaydalar qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən Tənzimləyiciyə şamil olunur.

Qaydalarda qeyd edilən, "Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 6 mart 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda qeyd edilən qaz qurğuları və avadanlıqları "Texniki tənzimləmə haqqında" qanuna uyğun olaraq texniki reqlamentlərin tələblərinə cavab verməli və uyğunluğu qiymətləndirilməlidir.

Yeni qərarla həm də "Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası"nın təsdiq edilməsi haqqında" 30 avqust 2023-cü il tarixli qərar ləğv edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər