Menyu

ADY: Çindən yeni yük və sərnişin lokomotivləri alınır

Operativ Media
ADY: Çindən yeni yük və sərnişin lokomotivləri alınır

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Operativ Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin rəhbəri Çen Çjisinlə görüşüb.

Görüşdə Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə “CRRC Ziyang Co., Ltd.” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması, ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə daşımaların strateji əhəmiyyəti dəmir yolu infrastrukturunun, o cümlədən lokomotiv parkının müasir tələblərə uyğun inkişafını zəruri edir. ADY yük əməliyyatlarının daha etibarlı, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə xüsusi diqqət ayırır, bu sahədə Çin şirkətləri, o cümlədən “CRRC Ziyang” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.

Bildirilib ki, ADY ilə “CRRC Ziyang” arasında 7 ədəd yeni yük lokomotivinin alışı barədə ötən il imzalanmış müqaviləyə əsasən, lokomotivlərin sentyabr ayında Azərbaycana çatdırılması nəzərdə tutulur. Tərəflər növbəti mərhələdə sifariş olunacaq 14 lokomotivin alışı ilə bağlı danışıqlar aparıblar. ADY nümayəndə heyəti 7 lokomotivin istehsal prosesinin son mərhələsi ilə tanış olub, bir sıra texniki məsələlər barədə fikir mübadiləsi aparılıb. Qabaqcıl texnologiyalarla təchiz olunmuş AC50 tipli magistral lokomotivləri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Görüş çərçivəsində həmçinin ADY ilə “CRRC Ziyang” şirkəti arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalanıb. Lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur. Yeni sərnişin lokomotivləri xüsusilə uzaq məsafələrə daşımalarda xidmət keyfiyyətinin və sərnişin məmnuniyyətinin daha da yüksəldilməsinə imkan verəcək.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər