Menyu

Binəli Yıldırım İstanbuldadır-YENİLƏNİB 2

Nərmin Qocamanlı
Binəli Yıldırım İstanbuldadır-YENİLƏNİB 2

 

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi İstanbuldadır.

 

***

 

(14:15)Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə səfiri Cahit Bağçı "Twitter"də bildirib.

“Cənab Prezident İlham Əliyev cənab başqan Binəli Yıldırım, Şamil Ayrım bəyi və mühafizəçi Oğuzhan qardaşımızı xəstəxanada ziyarət edib. Yaxından maraqlandığı üçün cənab Prezidentə çox təşəkkür edirik. Var olsun! Onların səhhəti yaxşıdır. Türkiyəyə yola saldıq”, - səfir əlavə edib.

 

***

 

(13:59)Azərbaycanda yol qəzası keçirən AK partiyanın sədr müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi ambulans təyyarə ilə Türkiyəyə qayıdacaqlar.

"Operativ Media" xəbər verir ki, bunu AKP sözçüsü Ömər Çelik "Twitter"də bildirib.

Ömər Çelik onların səhhətlərinin yaxşı olduğunu qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər