"Rusiya Federasiyasında qismən səfərbərliyin başa çatması ilə bağlı konkret tarix hələ qeyd olunmayıb"
"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Qismən səfərbərliyin səhvlərindən lazımi dərslər çıxarılıb. Vladimir Putin səfərbər olunanların hazırlığını öz diqqət mərkəzində saxlamaqda davam edir" - deyə o, qeyd edib.