21 Oktyabr 2022, 14:37
Bakıda qanunsuz piket keçirilməsinin qarşısı alınacaq - RƏSMİ
Bakıda qanunsuz piket keçirilməsinin qarşısı alınacaq - RƏSMİ şəkil
Bakıda qanunsuz piket keçirilməsinin qarşısı alınacaq - RƏSMİ

"Bakıda qanunsuz piket keçirilməsinin qarşısı alınacaq".

"Operativ Media" xəbər verir ki, bunu mətbuatın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.

O bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) icra hakimiyyətinin önündə piket keçirilməsini məqsədəuyğun hesab etməyib. Buna baxmayaraq, həmin partiyanın bir qrup üzvü piketin keçiriləcəyi haqda sosial şəbəkələrdə məlumatlar paylaşırlar.

DİN rəsmisi qeyd edib ki, piket üçün nəzərdə tutulan yer təhsil müəssisələrinin yerləşdiyi, nəqliyyatın intensiv hərəkət etdiyi və insan sıxlığının yüksək olduğu ərazi olduğundan orada aksiya keçirilə bilməz. Ona görə də 2019-cu ildə qeydə alınmış analoji neqativ halın təkrarlanmasına imkan verilməyəcək, cəhd ediləcəyi təqdirdə isə qarşısı alınacaqdır.

Xatırladırıq ki, qanunvericiliklə icazə verilməyən yerlərdə kütləvi tədbirlərin keçirilməsinə görə təşkilatçılar məsuliyyət daşıyırlar.

Son xəbərlər
Azərbaycan Premyer Liqası 4 pillə irəlilədi
Bəzi müntəzəm marşrutların hərəkəti dəyişdiriləcək
Sumqayıtda ev yanır
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib