http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Hulisi Akar: “Yaxın günlərdə irəli addımlar atılacaq və Azərbaycan daha təhlükəsiz olacaq”

21 Oktyabr 2022 , 16:53
Hulisi Akar: “Yaxın günlərdə irəli addımlar atılacaq və Azərbaycan daha təhlükəsiz olacaq”

“Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək”.

"Operativ Media" xəbər verir ki, bu sözləri “Report”a Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin minimum ehtiyaclarını təmin etməsidir. Bunların bir qisminin Azərbaycanda istehsalı, digər bir qisminin isə Azərbaycana gətirilməsi, tədarükü müzakirə mövzusudur” - o bildirib.

H.Akar deyib ki, bu mövzuda işlərimiz çox uğurlu şəkildə davam edir: “Yaxın günlərdə irəli addımlar atılacaq. Azərbaycan ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək. Azərbaycan daha təhlükəsiz olacaq”.

Onun sözlərinə görə, əsas məsələ Azərbaycanın müdafiəsidir: “Ordu müdafiənin arzu edilən səviyyədə olması deməkdir. Ordunun donanması üçün bir tərəfdən logistika, digər tərəfdən hərbçilər var. Bu baxımdan quru və hava silahları, dənizdə istifadə edilən silahlar var. Biz bu məsələ üzərində intensiv işləyirik, əməkdaşlıq edirik, tərəfdaşlığımız davam edir. Əlimizdən nə gəlirsə, başqa məsələlərdə olduğu kimi, bu mövzuda da azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləməyə davam edirik. Bütün bunların hamısını uğurlu şəkildə reallaşdırsaq, birlikdə işlərimiz olacaq. Təbii ki, zamana bağlı mövzular var”.

OXŞAR XƏBƏRLƏR
Çinin xarici işlər naziri Qazaxıstan və Tacikistana səfər edəcək

Çinin xarici işlər naziri Qazaxıstan və Tacikistana səfər edəcək

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Gürcüstanın baş naziri Türkiyəyə səfərə gedib

Gürcüstanın baş naziri Türkiyəyə səfərə gedib

XƏBƏR LENTİ
  • 14:12

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
  • 14:03

    Çinin xarici işlər naziri Qazaxıstan və Tacikistana səfər edəcək
  • 14:03

    İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
    İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
  • 13:55

    İngiltərədə transfer pəncərələrinin tarixləri bəlli olub
  • 13:45

    Azərbaycanın yoluxucu xəstəliklərə qarşı mübarizədə gördüyü işlər müsbət qiymətləndirilib
  • 13:36

    Uşaq qidaları niyə kəskin bahalaşıb?
  • 13:34

    Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO
  • 13:30

    Simeonenin rəhbərliyi altında "Atletiko" 12 il ardıcıl Çempionlar Liqasına vəsiqə qazanır
Menyu